Tatarıstan prezidenti Krımdadır


Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov Ukraynanın Krım Muxtar Respublikasına səfərə gedib.

AzNews.az-ın Krım parlamentinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, səfər Krımın separatçı hökumətinin dəvəti ilə baş tutub.

Simferopolun hava limanında onu Krım Ali Radasının sədri Vladimir Konstantinov, Nazirlər Kabinetinin sədri Serqey Aksyonov, onun müavini Rüstəm Temirqaliyev, Rusiyanın Simferopoldakı baş konsulu Vyaçeslav Svetliçiy qarşılayıb.

Səfər çərçivəsində Tatarıstan prezidenti Krımın hazırkı rəhbərləri ilə görüşəcək, o cümlədən yarmadanın Tatar Xalq Məclisinin sədri Refat Çubarov bölgədəki vəziyyəti müzakirə edəcəklər. R. Minnixanov Simferopolda məscidi, həmçinin Kaspralı və Baxçasaray muzeylərini də ziyarət edəcək.

Səfərin sonunda isə Tatarıstanla Krım Muxtar Respublikası arasında dostluq və əməkdaşlığa dair saziş imzalanacaq.

AzNews.az