Prezident Facebook və YouTube-nin bağlanmasından danışdı

Türkiyə Prezidenti Abdullah Gül ölkədə "Youtube"-un və "Facebook" sosial şəbəkəsinin bağlanmasının qeyri-mümkün olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib.

Gül onu da qeyd edib ki, ölkədə bu səhifələrə giriş qadağan olunmayacaq, sadəcə, bu saytlarda dövlətçilik və vətəndaşların şəxsi həyatlarını əks etdirən materialların qeyri-qanuni yayılması məhkəmə qərarı ilə qadağan edilə bilər: "Qanunvericiliyə görə nə cinayətdirsə, virtual məkanda da onların edilməsi cinayətdir".

Qeyd edək ki dünən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə vətəndaşlarını yad təsirlərdən qorumaq üçün lazım gələrsə, "Youtube" və "Facebook"-un bağlanmasını gündəmə gətirə biləcəklərini deyib.

AzNews.az