Türkiyədə daha bir general azadlığa çıxdı

AzNews.az xəbər verir ki, Türkiyədə həbs edilən daha bir general- Xurşit Tolon azadlığa çıxıb.

Dövlət çevrilişinə hazırlıqla bağlı iş üzrə həbs edilən generalın azadlığa çıxması qərarını Ağır Cinayətlər üzrə 21-ci İstanbul Məhkəməsi verib.

Xatırladaq ki, martın 7-də İstanbulun ağır cinayətlərə dair məhkəməsi hərbi çevrilişlə bağlı cinayət işi üzrə ömürlük həbs cəzasına məhkum edilən Türkiyə baş qərargahının sabiq rəisi general İlkər Başbuğu azad edib.

AzNews.az