Türk hərbçilər tərəfindən vurulan təyyarənin pilotu danışdı- FOTO

Xəbər verdiyimiz kimi ötən gün Türkiyə Silahlı Qüvvələri Suriyaya məxsus döyüş təyyarəsini vurmuşdular. Qanunsuz olaraq ölkənin hava məkanına daxil olduğu iddia edilən təyyarənin pilotuna 4 dəfə xəbərdarlıq edildikdən sonra, hərbçilərə atəş açmaq əmri verilmişdi. Raketlə vurulan təyyarə Suriya ərazisinə düşüb. Hərbçilər tərəfindən vurulan təyyarənin pilotu paraşütlə yerə tullanıbmış.

AzNews.az xəbər verir ki, xəstəxanaya aparılan pilot həkimlər tərəfindən müayinə edildikdən sonra, mətbuata açıqlama verib. O, idarə etdiyi təyyarənin sərhədi keçmədiyini bildirdi: "Suriyanın Kəsəb vilayətində terroristlərlə bağlı vəzifəmi icra edirdim. Onlarla vizual olaraq təmas qurduqdan sonra mən geriyə dönmək üçün manevr edirdim. Amma türklər buna məhəl qoymadan təyyarəyə raketlə atəş açdılar. Mən həmin an paraşütlə təyyarədən tullandım. Hansı əraziyə düşdüyümü xatırlamıram".

Xəyalə
AzNews.az