- Köhnə - Region
- 27 Mart 2014 08:37
- 4 767
Erməni müğənni Azərbaycan mahnısı oxudu- VİDEO

Anspress-in məlumatına görə, onlar bu dəfə "Novruz Bayramı" mahnısına əl atıblar. Xalq artisti Brilliant Dadaşovanın repertuarı növbəti dəfə ermənilərin oğurluğuna məruz qalıb. Brilliant xanımın 2002-ci ildə ifa etdiyi "Novruz bayramı" mahnısı erməni müğənni Karen Gevorgyan mənimsəyərək ifa edib.
Hazırda İstanbulda yeni albomunu hazırlayan müğənni bu olaya təəccüblənməyib. İfaçı açıqlamasında bunları bildirib: "Gözlərin deyir ki, sevirsən","vokaliz", "Bayatılar", "Maçmaç -qucquc"," Dərdimdən öləcəksən", "Novruz bayramı" və s. mahnılarımı qoy dünya oxusun. Qoy baxıb öyrənsinlər amma öyrəndiklərini danmasınlar". Bir çox hallarda ermənilər mahnılarımızı oxuyub anonim kimi təqdim etsələr də, bu dəfə "Azəri mahnısı" kimi təqdim ediblər.
Hər iki müğənninin ifasını sizə təqdim edirik.