- Köhnə - Region
- 31 Mart 2014 10:11
- 2 529
Kiyevdə aksiyaçılara atəş açan snayperlərlə bağlı yeni məlumat - Foto

ABŞ mediası fevralın 20-də Kiyevin "Müstəqillik" meydanında aksiya iştirakçılarına snayperdən atəş açılması ilə bağlı maraqlı faktlar aşkarlayıb.
AzNews.az-ın məlumatına görə, ABŞ-da nəşr olunan "The Daily Beast" qəzeti aksiyanı dağıtmaq üçün Ukrayna Təhlükəsizlik Xidmətinin mərkəzi binasının qarşısında xüsusi təyinatlıların snayperlərlə silahlandığını əks etdirən fotolar əldə edərək, yayımlayıb.
Mətbu orqanın əldə etdiyi məlumatda o da qeyd olunub ki, syanperlərlə silahlanmış şəxslər xüsusi təyinatlı "Alfa" qrupunun üzvləridir. Qəzet xüsusi təyinatlıların Rusiyadan gəldiyini də ehtimal edir.
Xatırladaq ki, fevralda Kiyevdə baş verən toqquşmalarda hüquq-mühafizə orqanları və mülki şəxslər arasında 100-dən artıq şəxs ölüb. Aksiyaların nəticəsi olaraq isə Viktor Yanukoviç prezidentlikdən kənarlaşdırılıb.
AzNews.az



