Nalbandyan İrana gedir

Nalbandyan Qoşulmama hərakatına üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşündə iştirak edəcək.

Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan İrana səfər edəcək. AzNews.az-ın newsarmenia.ru saytına istinadən verdiyi xəbərə görə, səfər avqustun 30-da baş tutacaq. Iki günlük səfər çərçivəsində, Ermənistan xarici İşlər naziri qoşulmama hərakatına üzv ölkələrin Xarici İşlər Nazirləri ilə görüşəcək.

Qeyd edək ki, Qoşulmama Hərakatına üzv ölkələrin Tehran sammiti avqustun 31-də yekunlaşır.

Sadiq
AzNews.az