Rusiya NATO-dakı təmsilçisini geri çağırıb

Rusiyanın Müdafiə Nazirliyi ölkənin NATO-dakı təmsilçisi general –polkovnik Valeri Yevneviçi məsləhətləşmə üçün Moskvaya çağırıb.

Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, müdafiə nazirinin müavini Anatoli Antonov deyib : "Vəziyyətin süni gərginləşdirilməsi siyasəti bizim seçimimiz deyil. Bundan başqa həmişəki kimi NATO ilə əməkdaşlığın davam etdirilməsinin mümkün saymırıq. Ona görə də NATO yanındakı təmsilçimiz general-polkovnik Valeri Yevneviçi məsləhətləşmə üçün Moskvaya çağırmışıq".


Antonov qeyd edib ki, NATO-nun Rusiya ilə əməkdaşlığı dayandırması qərarı bir neçə illik birgə fəaliyyətin nəticəsini heçə endirir.


Xatırladaq ki, aprelin 1-də NATO Rusiya ilə hərbi və mülkü əməkdaşlığı dayandırdığı haqda qərar qəbul edib.

Onu da qeyd edək ki, artıq bir dəfə, 2008-ci ilin avqust hadisəsindən, Gürcüstan ərazisinin işğalından sonra NATO Rusiya ilə əməkdaşlığı dayandırmışdı.

AzNews.az