Parçalanan Ukraynanın taleyi kimdən aslıdır? - Politoloq rəyi

Ukrayna mediasının Donetsk vilayətinin özünü muxtariyyət elan etməsiylə bağlı xəbərlər bu ölkənin gələcək taleyinə dair xeyli suallar və ehtimalları meydana gətirib. Ehtimallar sırasında ölkənin parçalanacağı da yer alıb. Amma politoloq Rasim Musabəyov hesab edir ki, hadisələrin gedişatı ukrayna xalqından asılıdır.

Politoloq bu barədə AzNews.az-a açıqlamasında bildirib ki, bir qrup insanın səsləndirdiyi şuarlarla Donetsk müstəqilliyini elan edə bilməz.

Bəs hadisələrin gedişatı Ukraynanı hara aparır? Doğrudanmı Ukrayna parçalanmağa doğru gedir? Politoloq hesab edir ki, Ukraynanın mövcud hakimiyyətinin gücü vəziyyətə nəzarət etməyə yetərlidir: "Rusiya Ukraynanı parçalamaq üçün ciddi səylər göstərir. Bu ukraynanlılardan asılıdır. Əgər ukraynalılar öz dövlətərinin bu durumda olmasına razılıq verməsələr, Ukrayna parçalanmayacaq. Amma hər halda Rusiyanın əlaltıları Ukraynada kifayət qədər fəaliyyət göstərir. Hesab edirəm ki Ukraynanın mövcud hakimiyyətinin gücü vəziyyəti nəzarətdə saxlamağa kifayət edir".

Qeyd edək ki, hazırda Donetsk vilayət şurasının binası qarşısında Rusiyameyilli qüvvələr mitinq keçirir.

İntiqam Valehoğlu
AzNews.az