Rusiya “Vikipediya“ya alternativ yaradır

"Bu gün planin reallaşması üçün ən yaxşı vaxtdır"

Rusiya Vikipediyaya alternativ yaratmaq fikrinə düşüb. AzNews.az xəbər verir ki, buna əsas kimi isə Vikipediyanın rusdilli məlumatlarda çoxlu sual işarələrinin düşməsi göstərilir. Milli kitabxanasının baş direktoru Anton Lixmonovun İTAR- TASS agentliyinə verdiyi məlumata görə, Rusiyada vikipediya saytına alternativ, informasiya və veb resursların yayımı ilə məşğul olacaq saytın yaradılması təklifini verib. Bildirib ki, ötən həftə iştirak etdiyi pedaqoji forumda Vikipediya saytında rus dilində verilmiş yazılardakı texniki problemləri və təhlükələri sadalayıb. O, çıxışında Vikipediyanın ABŞ tərəfindən nəzarətdə olduğunu da xatırladıb. Baş direktor qeyd edib ki, keçmişdə də bu cür saytın yaradılmasına cəhdlər olsa da, reallaşmayıb: "Amma bu gün planın reallaşması üçün ən yaxşı vaxtdır".

Sevinc
AzNews.az