Ukrayna separatizm məngənəsində: Antiterror əməliyyatları başlandı

Ukraynanın cənub-şərq vilayətlərdində vəziyyət gərginləşməkdə davam edir.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Krımdan sonra ölkənin Donetsk, Xarkov və Luqans vilayətlərində ötən 2 gün ərzində gərginlik pik həddə çatıb. Rusiyadan siyasi və maddi dəstək alan qüvvələr adıçəkilən vilayətlərdə dövlət və hökumət binalarına hücum edərək, yerli hakimiyyətləri öz əllərinə keçirməyə çalışıblar. Artıq Donetskdə Vilayət Şurasının binası ələ keçirilib və qondarma "Donetsk Xalq Respublikası"nın yaradıldığı elan olunub. Analoji vəziyyət Xarkovda da baş verib. Burada da vilayət icra hakimiyyətinin binasına soxulan rusiyameyilli qüvvələr qondarma "Xarkov Xalq Respublikası"nın yaradılmasını bəyan ediblər. Lakin gecə saatlarında hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Xarkov Vilayət Administrasiyasının binası rus separatçılardan təmizlənib.

Nokolayevsk vilayətində isə səhərə yaxın saatlarda 400-ə yaxın separatçı qrup adıçəkilən bölgənin yerli icra strukturunun binasına hücum edib. Hücumun qarşısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən alınıb.

Eyni zamanda Donetskidə separatçılar yerli dövlət televiziya kompaniyasının binasını da ələ keçirməyə çalışıblar.

Rusiyameyilli qüvvələrin əsas hədəflərindən biri də Ukrayna Təhlükəsizlik Xidmətinin yerli idarələrinin binalarını ələ keçirməkdir. Artıq buna bənzər cəhdlər Donetski, Xarkov və Luqanskda baş verib.
Bu arada Ukrayna prezidenti səlahiyyətlərini icra edən, Ali Radanın sədri Aleksandr Turçenov ölkədə, xüsusən də respublikanın cənub-şərq bölgəsində antiterror əməliyyatlarına başlanması ilə bağlı əmr verib. O, bununla bağlı ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinə xüsusi tapşırıq verib.

Məhəmməd
AzNews.az
image description image description