Donetskə xüsusi təyinatlılar yeridildi – Video

Ukraynanın Donetsk şəhərinə xüsusi təyinatlı qoşun birləşmələri yeridilib.

AzNews.az-ın məlumatına görə, xüsusi təyinatlılar Ukrayna prezidentinin vəzifəsini müvəqqəti icra edən, Ali Radanın sədri Aleksandr Turçinovun ölkədə antiterror əməliyyatlarına başlanması ilə bağlı əmrindən sonra Donetskə gətirilib.

Bununla yanaşı Ukraynanın cənub-şərqində baş verən iğtişaşların – Rusiyameyilli qüvvələrin separatçı fəaliyyətinin qarşısının alınması məqsədilə Antiterror Komandanlığı yaradılıb.

Mövzu ilə bağlı videonu BURADAN izləyə bilərsiniz.

Əhməd
AzNews.az