- Köhnə - Region
- 8 Aprel 2014 15:10
- 5 823
Müxalifət lideri döyüldü- Yenilənib (VİDEO)
AzNews.az xəbər verir ki, partiya lideri Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasında yumruq zərbəsi alıb. Zərbədən sonra müxalifət liderinin eynəyi yerə düşüb. Hücüm edənin kimliyi haqqında isə məlumat verilmir.(15.56)
***
Yerli mətbuat bildirir ki, hücum edən şəxsin iki yumruğu Kamal Kılıçdaroğlunun gözünə dəyib. Partiya lideri aldığı zərbələrdən yerə yıxılıb. Bu məqamda digər millət vəkillərinin ağlaması da media işçilərinin gözündən yayınmayıb.
AzNews.az xəbər verir ki, hücum edən şəxs artıq polislər tərəfindən saxlanılıb. Partiya liderinə hücum edən 1986-cı təvəllüdlü Orxan Övətdir. Qeyd edək ki, o, bundan əvvəl bir neçə dəfə də polislər tərəfindən saxlanılıbmış.
AzNews.az