- Köhnə - Region
- 9 Aprel 2014 07:51
- 5 289
Luqanskda girov götürülənlərdən 56-sı azad edildi - Gərginlik
Ukraynanın Luqansk vilayətində rusiyameyilli silahlı separatçılar girov götürdükləri şəxslərin bir qismini azad ediblər.
AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) yerli idarəsini ələ keçirməklə yanaşı, 60 nəfər mülki şəhər sakinini də girov götürən terrorçuları kompromisə getməyə razı sala biliblər.
UTX-nin yaydığı açıqlamada bildirilib ki, aprelin 8-də axşam saatlarında bir qrup silahlı separatçı qurumun regional idarəsinin binasını ələ keçirib, sonra isə minalayıb. Həmçinin, terrorçular 60-a yaxın mülki şəxsi də girov götürüblər. Terrorçulardan təcili olaraq girovların azad edilməsi tələb olunub.
Aparılan danışıqlar aprelin 9-da saat 02.00 radələrində nəticə verib. Terrorçular 56 nəfəri silah tətbiq olunmadan azad ediblər.
UTX-nın binasını ələ keçirən silahlı separatçıların video açıqlaması da yayılıb.
Videonu təqdim edirik:
AzNews.az