Ukraynada müharibə həyəcanı - Əsgərlər təxris olmayacaq

Ukrayna Silahlı Qüvvələrində təxris olunma prosesi dayandırılıb. AzNews.az-ın məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamda bildirilib ki, çağırış müddəti və xidmət dövrü başa çatan hərbçilərin təxris olunması prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Səbəb kimi isə ölkənin suverenliyi və ərazi bütövlüyünə yönələn təhdid göstərilib.

Bununla bağlı şəxsi heyətə ünvanlanan müraciətdə hərbçilərə uğurlu xidmət arzu edilib və mübariz olmağa çağırılıb.

AzNews.az