Rusiyada yeni bazar istifadəyə verildi- azərbaycanlılar üçün

Rusiyada azərbaycanlıların alver etmələri üçün yeni bazar istifadəyə verilib.

Bu barədə Rusiyada yaşayan iş adamı məlumat verib. O qeyd edib ki, Domodedova şəhərində "Domodedovski" adlanan bazar ötən gün fəaliyyətə başlayıb. Bazarda azərbaycanlıların ticarətlə məşğul olmaları üçün hər bir şərait yaradılıb.

Bazarda yerləşən obyektlərin 90%-i azərbaycanlıların istifadəsinə verilib. Qeyd edək ki, Moskvanın Qərbi Brilyevo rayonunda yerləşən "Pokrov" meyvə-tərəvəz bazasından çıxarılan azərbaycanlıların əksəriyyəti bu bazarda işləyir.

AzNews.az