Qorbaçov rus deputatlara “ağılsız“ dedi

Ötən gün Rusiyanın Dövlət Dumasının deputatları baş prokurora müraciət ediblər.

Müraciətdə SSRİ-nin dağılmasında günahkar olanların, o cümlədən sabiq prezident Mixail Qarbaçovun cinayət məsuliyyətinə cəlb olunması tələb olunub.

Öz növbəsində Mixail Qorbaçov onu ittiham edən Dövlət Dumasının bəzi deputatlarının müraciətini "tam bir ağılsızlıq" kimi dəyərləndirib. Onun sözlərinə görə, bu cür müraciətlər bəzi deputatlar üçün piar xarakteri daşıyır.

"Onlar istəyirlər ki, adları daim hallansın və gündəmdə olsunlar. Lakin onların düşünülməmiş müraciəti tarixi faktlar baxımından əsasızdır. Əgər bu, paxıllıqdırsa, burada fəxr ediləsi heç nə yoxdur. Onlar həmin deputatlardır ki, dəfələrlə pensiyalarının qaldırılması xahişi ilə prezidentə müraciət ediblər. Lakin onların bu müraciətlərini dinləyən belə olmayıb" - deyə sabiq prezident cinayət məsuliyyətinə cəlb edilməsini istəyən deputatlardan bərk gileylənib.

"Mənim varlığım kimlərisə narahat edir. Ona görə də son 20 gün ərzində neçə dəfə mənim ölümümlə bağlı xəbər yayıblar. Bu cür insanların vicdanı yoxdur. Mən onsuz da bu cür bəyanatlara fikir vermirəm. Yalnız öz işlərim və səhhətimlə məşğulam" - deyə Mixail Qorbaçov bildirib Ötən gün Rusiyanın Dövlət Dumasının deputatları baş prokurora müraciət ediblər.

Müraciətdə SSRİ-nin dağılmasında günahkar olanların, o cümlədən sabiq prezident Mixail Qarbaçovun cinayət məsuliyyətinə cəlb olunması tələb olunub.

Öz növbəsində Mixail Qorbaçov onu ittiham edən Dövlət Dumasının bəzi deputatlarının müraciətini "tam bir ağılsızlıq" kimi dəyərləndirib. Onun sözlərinə görə, bu cür müraciətlər bəzi deputatlar üçün piar xarakteri daşıyır.

"Onlar istəyirlər ki, adları daim hallansın və gündəmdə olsunlar. Lakin onların düşünülməmiş müraciəti tarixi faktlar baxımından əsasızdır. Əgər bu, paxıllıqdırsa, burada fəxr ediləsi heç nə yoxdur. Onlar həmin deputatlardır ki, dəfələrlə pensiyalarının qaldırılması xahişi ilə prezidentə müraciət ediblər. Lakin onların bu müraciətlərini dinləyən belə olmayıb" - deyə sabiq prezident cinayət məsuliyyətinə cəlb edilməsini istəyən deputatlardan bərk gileylənib.

"Mənim varlığım kimlərisə narahat edir. Ona görə də son 20 gün ərzində neçə dəfə mənim ölümümlə bağlı xəbər yayıblar. Bu cür insanların vicdanı yoxdur. Mən onsuz da bu cür bəyanatlara fikir vermirəm. Yalnız öz işlərim və səhhətimlə məşğulam" - deyə Mixail Qorbaçov bildirib (Azvision.az)