Türkiyə-Rusiya gərginliyi - Səfir nazirliyə çağırıldı

Krım gərginliyi Rusiya ilə Türkiyəni Montrö Konvensiyasının tətbiqi məsələsində qarşı-qarşıya qoyub.

ABŞ-ın Qara dənizdə uzun müddət hərbi gəmilərini saxlaması, üstəlik gəmilərdən birinin Samsun limanına yan alması Rusiya-Türkiyə arasında gərginlik yaradıb.

Rusiyanın Ankara səfirliyinə öz etirazını bildirməsi və bu etirazını ictimaiyyətə açıq bir şəkildə bəyan etməsi Türkiyə Xarici İşlər Nazirliyinin məsələyə münasibət bildirməsinə vadar edib:

"ABŞ donanmasına məxsus "USS Taylor" adlı hərbi gəminin Qara dənizdə 21 gündən çox qaldığı bildirilməkdədir. Qeyd olunan gəmi Samsun limanına girişi əsnasında pərində yaranan nasazlıq səbəbinən hərəkətsiz qalib. Bu səbəbdən dartma gəmilərdən istifadə edilməklə boğazlardan çıxarılıb. Bu məsələylə bağlı Rusiya Federasiyası və digər Montrö tərəflərinə məlumat verilmişdir".

Həmçinin Rusiyanın qeyd etdiyi digər gəmi isə 21 gün içərsində Qara dənizi tərk edib. Bu səbəbdən hər hansı qanun pozuntusu qeydə alınmayıb.

Daha sonra açıqlamada qeyd olunur ki, məsələ ilə bağlı Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, məlumat verilib.(Axar.az)