Məşhur müğənni: “Məni assınlar, amma həbs etməsinlər”


Son vaxtlar adı narkotik qalmaqalında hallanan Türkiyənin tanınmış müğənnisi Dəniz Səki qatıldığı televiziya proqramında narkotik istifadəçisi olmadığını bildirib. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, teleaparıcı Kenan Erçetingözün suallarını cavablayan sənətçi bu haqda danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Mənə yaraşdırılanların heç birini etmədim. Heç bir iddianı qəbul etmirəm. Bunları qəbul etmək, bunlara dözmək heç də asan deyil".
Teleaparıcının "8 ay yatdığın yerə təkrar getmək barədə nə düşünürsən" sualına isə Dəniz Səki belə cavab verib: "Oranın nə olduğunu bilib getmək çox çətindir. Danışarkən qoxusu burnuma gəlir. Oranın çox pis qoxusu var. Allah düşmənimə də qismət etməsin. Bir daha həbsə düşsəm, ölərəm. Məni assınlar, amma həbs etməsinlər. Hər şeydən öncə anamı düşünürəm. O anaya yazıq deyilmi?.Heç vaxt bu qədər aciz olmadım".

İntiqam
AzNews.az