Cozef Baydenin Kiyevə dəstək səfəri başladı

ABŞ-ın vitse-prezidenti Cozef Bayden Ukraynaya rəsmi səfər edib.
AzNews.az-ın məlumatına görə, C. Bayden Kiyevdə Ukrayna prezidenti vəzifəsini müvəqqəti icra edən, Ali Radanın sədri Aleksandr Turçenov və baş nazir Arsen Yasenyukla görüşüb.

C. Baydenin Ali Radanın bir sıra deputatları ilə də görüşü nəzərdə tutulub. Vitse-prezident nəzərdə tutulan görüşlərdə Ukrayna iqtisadiyyatının gücləndirilməsi, Konstitusiya islahatları, korrupsiya ilə mübarizə və mayın 25-də keçiriləcək prezident seçkilərini müzakirə edəcək. Siyasi şərhçilər isə C. Bayden Kiyevə qərbmeyilli Ukrayna hakimiyyətinə Vaşinqton tərəfindən dəstək vermək üçün gəldiyini də deyirlər. Səfər iki gün davam edəcək.

Aydan Axundova
AzNews.az