Rusiyanın baş naziri sərt danışdı: “Cəzalandırmaq lazımdır”

Rusiyanın baş naziri Dmitriy Medvediyev Dövlət Dumasının iclasında çıxışı zamanı qərbi hədələyib.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, D. Medvediyev deyib ki, qərbə güc göstərməyin vaxtıdır. Baş nazir vətəndaşları qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan qorxmamağa çağırıb və əmin edib ki, rusiyalılar bundan əziyyət çəkməyəcəklər: "Biz imkan verməyəcətik ki, bizim vətəndaşlarımız siyasi proseslərin əsirinə çevrilsinlər. Rusiya özünə qarşı istənilən qeyri-dost davranışlarını cavabsız qoymayacaq. Biz bunun üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Rusiyanı 17 il Avropa layihələrindən kəndarda saxladılar. Sübut etməyə çalışırdıq ki, dünya ticarət əməkdaşlığına qoşulmağa layiqik və bu standarlara uyğun gəlirik. İndi biz öz haqqımızı tələb edirik. Utanmaq lazım deyil".

D. Medvediyev beynəlxalq statuslu bankları da hədələyib: "Rusiya banklarını beynəlxalq ödəmə sistemindən çıxaran bəzi xarici tərəfdaşları cəzalandırmaq lazımdı.

Qeyd edək ki, Krımın işğalından sonra ABŞ və Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər. Rusiya isə "Viza" və "Mastercard" ödəmə sistemlərindən imtina edir.

Aydan Axundova
AzNews.az