Ukraynada separatçılar helikopteri partlatdılar- VİDEOLAR

Ukraynanın cənub-şərq vilayətində - Kramatorsk rayonundakı helikopter vurulub. AzNews.az-ın yerli mediaya istinadən verdiyi xəbər görə, hadisə rayon ərazisində yerləşən hava limanında baş verib.

Hüquq-mühafizə orqanlarının hadisə yerində işləyən əməkdaşlarının dediyinə görə, helikopterin snayperlə vurulduğu ehtimal olunur: "Kramatorsk aerodromunda dayanacaqda olan helekopterə atəş açılıb. Atəş yanacaq çəninə dəyib. Bundan sonra partlayış olub. Hadisə nəticəsində komandir xəsarət alıb".

Hadisə yerinə gələn yanğınsöndürənlər qısa zamanda alovu söndürə biliblər. Bununla da helikopterin sursat hissəsində partlayışın qarşısı alınıb.





Aydan
AzNews.az