Şimal-Cənub dəmir yolu istifadəyə verilir

İran, Türkmənistan və Qazaxıstanın birgə layihəsi olan Şimal-Cənub dəmir yolu bu ilin sonunadək istifadəyə veriləcək.

Aktual.az-ın verdiyi məlumata görə, bu barədə İran Dəmir Yolları Şirkətinin baş meneceri Möhsin Pur-Sayedaqayi Tehranda keçirilən İran-Türkmənistan-Qazaxıstan üçtərəfəli görüşü zamanı jurnalistlərə müsahibəsində məlumat verib. O, həmçinin bildirib ki, dəmir yolu ilə tranzit daşımalarla bağlı görüş gələn həftə Qazaxıstanda keçiriləcək.

Qeyd edək ki, İran, Türkmənistan Qazaxıstan Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı saziş 2007-ci ildə imzalanıb. Layihə Asiya İnkişaf Bankı və İslam Əməkdaşlıq Bankının dəstəyi ilə icra olunur.

AzNews.az