- Köhnə - Region
- 1 May 2014 08:24
- 5 261
Ukraynanın erməni nazirini təyyarəyə buraxmadılar - Almaniyada
AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, A. Avakov Frankfurt Hava Limanından təyyarəyə girişinə icazə verilməyib. Aeroportun əməkdaşları Ukrayna DİN-nin rəhbərini spirtli içki qəbul etdiyindən görə, təyyarəyə buraxmayıblar.
Bundan sonra A. Avakov aeroport işçilərinə etiraz edərək, yüksək səslə etirazını bildirib və onun təcili şəkildə təyyarəyə buraxılmasını tələb edib. O, bunu xarici dövlətin yüksək vəzifəli şəxsi olmasıyla əsaslandırıb. Hadisə yerinə hava limanının təhlükəsizlik xidməti gəlib. Aparılan danışıqlardan sonra A. Avakovun təyyarəyə girişinə icazə verilib və onun spirtli içki qəbul etməsi polisin məlumat bazasına salınmayıb.
Aydan Axundova
AzNews.az