1 May- Beynəlxalq zəhmətkeşlər gününü qeyd etmək üçün Türkiyənin İstanbul şəhərinin mərkəzi meydanı olan "Taksim"ə çoxlu sayda sol meyilli insanlar toplaşıb. AzNews.az xəbər verir ki, polis meydanda aksiyanın keçirilməsinə icazə verməyəcəyi ilə bağlı açıqlama yayıb. Bununla bağlı meydanın bütün giriş-çıxış yollar polis tərəfindən nəzarətə götürülüb. Lakin bu günü qeyd etmək istəyən kütlə meydan istiqamətinə axışmaqdadır. Son məlumatlara görə, artıq meydanın bir bir neçə istiqamətindən polis aksiya keçirmək istəyənləri dağıtmaq üçün hərəkətə keçib.
Qeyd edək ki, Türkiyədə 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Gününün qeyd edilməsi 32 il ərzində qadağan olunub. 2014-cü ilin aprelində isə hakim Ədalət və İnkişaf Partiyası (AKP) 1 May yürüşünün keçirilməsinə qoyulan qadağanı ləğv edib.
İstanbul'da 1 Mayıs - Canlı by Sozcu
Xəyalə
AzNews.az