Ukrayna yenə məhkəməyə müraciət edir

Ukrayna Rusiya ilə bağlı Haaqa məhkəməsinə iddia irəli sürür. AzNews.az-ın məlumatına görə, bunu Ukrayna prezidentliyinə namizəd, Ali Radanın deputatı Petr Poroşenko açıqlamasında deyib.

P. Proşenko bildirib ki, Avropa hüquqşünaslarının iştirakı ilə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə bununla bağlı iddia hazırlanır. Bu prosesdə ABŞ-dan olan hüquqşünaslar da yer alıb və onlar da ukraynalılara kömək edirlər.

O, həmçinin qeyd edib ki, Ukrayna Stokholm Arbitraj Məhkəməsinə də müraciət edəcək. "Bu işğalçının kim olduğunu elan etmək üçün deyil. Məqsəd Rusiyanın məsuliyyətini diqqətə çatdırmaqdır. Əgər Rusiya beynəlxalq arenanın subyekti olaraq qalmaq istəyirsə, məhkəmənin qərarlarını yerinə yetirmək, cinayət əməllərini törədənləri məsuliyyətə cəlb etməli olacaq".

Aydan Axundova
AzNews.az