Polis idarəsində iki partlayış

İstanbulun polis idarələrinin birində beş dəqiqə fərqi ilə iki səsli bomba partladılıb. Trend "Habertürk" qəzetinə istinadən bu barədə şənbə günü məlumat verir. Məlumata görə, partlayış nəticəsində bir nəfər xəsarət alıb.
Polis partlayış törədənlərin tapılması üçün helikopter cəlb edib.
Cinayət işi üzrə araşdırma aparılır.

AzNews.az