- Köhnə - Region
- 3 May 2014 08:07
- 4 744
Odessada baş verənlərlə bağlı açıqlama – Rəsmi (VİDEOLAR)

AzNews.az-ın məlumatına görə, Ukrayna DİN-nin rəsmi saytında bildirilib ki, mayın 2-də Odessada baş verən iğtişaşlarda 37 nəfər ölüb, təxminən 200 nəfər yaralanıb. Yaralananların arasında 22 nəfər milis əməkdaşı da var.
Hadisə ilə bağlı Ukrayna cinayət məcəlləsinin kütləvi iğtişaşlar törətmək, qəsdən adam öldürmə, hüquq mühafizə orqanlarına qarşı təhdid, təzyiq və zorakılığın həyata keçirilməsi, xuliqanlıq, dövlət və ictimai əhəmiyyətli binaların zəbt edilməsi və dövlət əmlakının dağıdılması maddələri ilə cinayət işi başlanılıb. Milis iğtişaşlarda iştirak edən 130 nəfəri saxlayıb.
Xatırladaq ki, ötən gün Odessada separatçı qüvvələr şəhər küçələrinə çıxaraq, rusiyameyilli şüarlar və ölkənin federallaşması tələbləri ilə çıxış ediblər. Bunun ardınca keçələrə çıxan ölkənin bütövlüyü tərəfdarları ilə separatçılar arasında toqquşma baş verib. İğtişaşlarda çoxlu sayda insan dünyasını dəyişib.
Şəhərdəki toqquşmalarla bağlı VİDEONU buradan izləyə bilərsiniz.
Aydan Axundova
AzNews.az