- Köhnə - Region
- 3 May 2014 11:01
- 4 724
Türkiyəli müğənni azərbaycanlı sevgilisindən danışdı
İfaçı Milanı çox sevdiyini, orada evlənib və evlilik alış-verişi edəcəyini bildirib: "Ebru Polad deyəndə kişilərin ağlına dəb və alış-veriş gəlir. Çünki geyim barədə diqqətçiləm, mütləq brend olmalıdır. Mağazalar yeni geyimləri gəldikdə ilk mənə zəng vururlar. Bu uşaqlığımdan belədir, geyimlərimə qarşı çox həssasam". Jurnalistin, "Alış-verişə nə qədər pul xərcliyirsən?" sualına isə, Ebru belə cavab verib: "Tam olaraq nə qədər xərclədiyimi demək ayıb olar, bunu açıqlamaq düzgün deyil. Amma çox deyil, iki həftədən bir mağazalara gedirəm".
Sevgilisindən ilk dəfə belə ağız dolusu danışan Ebru onunla cəmi 5-6 aydır ki, tanış olduqlarını və media nümayəndələrindən heç kimin onu tanımadığını deyib. İlk açıq şəkili isə nikahdan sonra hər kəs ilə paylaşacağını, gələcək həyat yoldaşının iş adamı olduğundan çox görünmək istəmədiyini özünün də onu göz qab ağında tutmaq istəmədiyini bildirib. Evlilik təklifindən bəhs edən ifaçı bunu gözləmədiyini və bir anda baş verdiyini deyib: "Avtomobilə mindik, əlindəki qutunu mənə uzadaraq "al" dedi. Açdım gördüm təkqaş üzük var. "Bu nədir?" deyə soruşdum, dedi ki, gəl evlənək. Mən də "Yaxşı" dediyimdən, aldı üzüyü, taxdı barmağıma".
Xatırladaq ki, bir müddət öncə Ebru Polad sevgilisinin azərbaycanlı iş adamı olduğunu və Dubayda yaşadığını açıqlayıb. Hətta sosial şəbəkədə öpüşərkən çəkilən fotolarını da yerləşdirmişdi.
AzNews.az