- Köhnə - Region
- 3 May 2014 20:05
- 10 145
Qorbaçovun dəfni yeni qəbristanlıqda olacaq - Xərcini Şoyqu çəkəcək
AzNews.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu keçmiş SSRİ-inin ilk və son prezidenti Mixail Qorbaçovun həmin qəbristanlıqda dəfnini öz üzərinə götürüb.
ANS PRESS-in verdiyi məlumata görə, tanınmış insanların dəfn olunması üçün nəzərdə tutulan qəbristanlığın açılışında müdafiə naziri Serqey Şoyqu iştirak edib.
Məmurlar bildirib ki, nekropol 55 hektar sahəni tutur və 30 min ölünün basdırılıması üçün hesablanıb. Burada keçmiş SSRİ-in və Rusiyanın qəhrəmanları, SSRİ prezidenti, Rusiya prezidentləri, ölkənin baş nazirləri, nazirlər, tanınmış hərbçilər öz son sığınacaqlarını tapacaqlar.
Xatırladaq ki, Moskvada Novodeviçye qəbristanlığı yer olmadığından adlı-sanlı mərhumları daha qəbul etmir. Bu səbəbdən Mixail Qorbaçov cox guman ki, vəfat etdikdən sonra Raisa Maksimovnadan uzaq Moskva əyalətində yerləşən yeni qəbristanlığda dəfn olunacaq.
AzNews.az