Putin separatçıların “referendum”unu tanıdı

Rusiya Ukraynanın separatçılar tərəfindən ələ keçirilən Donetsk və Luqansk vilayətlərində elan olunan qondarma "xalq respublika"larında keçirilən "referendum"la bağlı mövqeyini açıqlayıb.

AzNews.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, rəsmi Kremilin mətbuat xidmətindən bildirilib ki, Rusiya dövləti adıçəkilən bölgələrdə keçirilən "referendum"a hörmətlə yanaşır və nəticələrinin açıqlanmasını gözləyir: "Rusiya ATƏT də daxil olmaqla istənilən vasitəçilik missiyasının xidmətini alqışlayır. Həmçinin, referendumun nəticələrinin reallaşdırılmasını gözləyir. Bu zaman hər hansı zorakılığın olmayacağına, sivil yollarla Kiyev, Donetsk və Luqansk hakimiyyətləri arasında dialoq aparılacağına ümid edir ".

Xatırladaq ki, 11 mayda separatçılar Luqansk və Donetsk vilayətlərində Ukraynadan ayrılmalarına dair qondarma "referendum" keçirib.

Aydan
AzNews.az