- Köhnə - Region
- 13 May 2014 07:01
- 3 039
Gürcüstan prezidenti fransalı həmkarı ilə görüşəcək
Trend Gürcüstanın dövlət rəhbərinin icra aparatına istinadən məlumat verir ki, Gürcüstan prezidentinin Avlabar iqamətgahında rəsmi qarşılanma mərasimi keçiriləcək, bundan sonra iki ölkənin prezidentləri təkbətək, sonra isə geniş tərkibdə görüşəcəklər.
Fransua Olland və Georgi Marqvelaşvili danışıqlar nəticəsində gürcü və xarici jurnalistlər üçün birgə mətbuat konfransı keçirəcəklər.
Səfər çərçivəsində Fransa prezidenti Gürcüstanın baş naziri ilə görüşəcək və Gürcüstan-Fransa iqtisadi forumunda iştirak edəcək.
Fransa nümayəndə heyəti Gürcüstana səfərini bu gün başa vuracaq.
AzNews.az