Ukrayna bankları Krımdan qovuldu

Rusiya Mərkəzi Bankı Krımda və Sevastopolda fəaliyyət göstərən 6 Ukrayna bankının fəaliyyətinə qadağa qoyub.

AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Mərkəzi Bankın mətbuat xidmətindən bildirilib ki, Ukrayna banklarının filiallarının işi Krım ərazisində faktiki dayandırıldığından bu qərarın verilməsi qaçılmaz olub: "Ukrayna banklarının filiallarının fəaliyyətinin təbii şəkildə dayanması əmanətçilərin və müştərilərin hüquqları pozub. Mərkəzi Bank da bu məsələnin nizama qoyulması üçün qərar qəbul edib".

Məlumatda o da qeyd olunub ki, Mərkəzi Bankın qərarı ilə Ukraynanın "Terra Bank", "Finansı i kredit", "Finansovaya İniciativa", "Avant-bank" "Finrostbank" və "Akcent-bank"larının filiallarının Krımdakı fəaliyyəti dayandırılıb.

Aydan
AzNews.az