Ərdoganı daşa basdılar - Video

Somada Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın maşınını daşa basıblar, onu "oğru" və "qatil" adlandırıblar.

ANS PRESS-in məlumatına görə, partlayışda 238 şaxtaçının həlak olduğu Soma şəhərində hökumət əleyhinə nümayişlər olub. Nümayişçilərin bir çoxu öz qəzəbini bu şəhərə gələn Türkiyənin baş naziri Ərdoganın üstə töküb.

Nümayişçilərlə polis arasında qarşıdurma olub.

Bir az əvvəl Ərdogan bildirib ki, şaxtada yerin altında hələ də 120 şaxtaçı var.