Xamneyi 72 məhbusu əfv etdi

İranın ali dini lideri Ayətullah Əli Xamneyi əfv fərmanı imzalayıb.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, İran Məhkəmə Sisteminin rəhbəri, Ayətullah Sadiq Amoli Laricani 24 may Xürrəmşəhrin fəthi münasibətilə ali dini liderə məktubla müraciət edib.

Məktubda 72 məhbusun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi xahiş edilib.

İranın ali dini lideri təklifi qəbul edib.