Dəhşətli qəza: Xilas edilmək üçün saat yarım gözlədilər- VİDEO

Türkiyədə baş verən avtoqəzadan sonra dəhşətli anlar yaşanıb. AzNews.az xəbər verir ki, Çorum vilayətində qeydə alınan qəzada minik maşını ilə yük maşını toqquşub. Qəzada hər iki maşına ciddi ziyan dəyib. Minik avtomobilində olan iki nəfər maşının içində sıxılıb qalıb. Hadisə yerinə gələn xilasedicilər onları qurtarmaq üçün bir saat yarım vaxt sərf ediblər. Daha sonra xəsarət alanlar xəstəxanaya çatdırılıb. Məlumat üçün deyək ki, qəzada ölən yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır.



Xəyalə Məmmədova
AzNews.az