Ukraynanın yeni seçilmiş prezidenti Petr Poroşenkonun andiçmə mərasimi başlayıb. AzNews.az-ın məlumatına görə, Ukrayna Ali Radasında keçirilən mərasimdə 56 ölkədən yüksək çinli qonaqlar, o cümlədən Azərbaycandan Milli Məclisin sədri Oqtay Əsədovun sədrlik etdiyi nümayəndə heyəti iştirak edir. Mərasim Ukraynanın Dövlət Himninin səslənməsi ilə başlayıb. Əvvəlcə P. Poroşenko ölkə Konstitusiyasına and içib, sonra mərasim zalına Dövlət bayrağı və Prezident ştandartı gətirilib.
