Poroşenko inauqurasiya günü baba oldu

Ukrayna prezidenti Pyotr Poroşenko ötən gün inauqurasiya ilə əlaqədar təşkil olunmuş təntənəli qəbul zamanı nəvəsinin dünyaya gəldiyini elan edib. Bu barədə APA "İnterfaks"a istinadən xəbər verir. "Bu gün Ukrayna əhalisinin sayı daha bir nəfər artdı, mən baba oldum", deyə o bildirib.

Xatırladaq ki, Ukraynanın 5-ci prezidenti seçilmiş Pyotr Poroşenkonun inauqurasiya mərasimi ötən gün Ali Radada keçirilib.