- Köhnə - Region
- 9 İyun 2014 08:37
- 5 712
ATƏT Ukrayna-Rusiya arasında olan vasitəçi diplomatını açıqladı
Ukrayna prezidenti Petr Poroşenkonun sorğusuna cavab olaraq ATƏT Kiyevə öz diplomatını göndərib.
AzNews.az yerli mediaya istinadən xəbər verir ki, diplomat Ukraynanın şərqində böhranın aradan qaldırılması üçün Ukrayna ilə Rusiya arasında aparılacaq danışıqları izləyəcək.
ATƏT isə vasitəçilik prosesində iştirak edən şəxsin isveçrəli diplomat Xaydi Talyavin olduğuna dair açıqlama verib.
X. Talyavin artıq Kiyevə çatıb.
ATƏT Ukrayna prezidenti Petr Poroşenkonun danışıqları tez başlamaq təşəbbüsünü də alqışlayıb.
ATƏT sədri Didye Burkhalter bildirib ki, silahların susması konstruktiv dialoq üçün şərtləri yaxşılaşdıracaq: "Bu dialoq ölkədə vəziyyətin stabilləşdirilməsi və böhranın aradan qaldırılması üçün əsasdır".
Aydan Axundova
AzNews.az