- Köhnə - Region
- 10 İyun 2014 12:43
- 5 878
Terrorçular iki nəfəri yaraladı - Polis geri çəkildi
Avropa.info-nun məlumatına görə, terroristlər xəndək qazaraq yolu kəsiblər. Xəndəyi doldurmağa gedən 2 ekskavator operatoru terrorçuların açdığı atəş nəticəsində yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.
Bundan sonra aksiyaçılara qarşı əməliyyatlara start verilib.
Xəndək qazaraq barrikadalar quran terror təşkilatı üzvləri yoldan keçən maşınları saxlayaraq keçməyə icazə verməyiblər və kimlik tələb ediblər.
Terrorçuları zərərsizləşdirmək üçün səhər saatlarında polis və əsgərlər birgə əməliyyatlara başlayıb. Əməliyyata havadan müdaxilə ilə dəstək verilib.
Lakin terror üzvləri də hərəkətsiz qalmayıb. Tezalışan partlayıcı maddə dolu şüşələrlə 2 ekskavator və bir TIR-ı yandırıblar.
Polis geri çəkilməyə məcbur qalıb.
Bölgədə gərginlik davam edir.
AzNews.az