- Köhnə - Region
- 10 İyun 2014 19:54
- 3 925
“Xalq meri“ həbs edildi - FOTO
ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya mediası xəbər yayıb.
Separatçılar arasında olan mənbələrə istinadən xəbər verilir ki, Ponomaryov iyunun 10-da səhər saatlarında həbs olunub.
Qondarma Donetsk Xalq Respublikasının lideri Denis Puşilin bu məlumatı nə təsdiq, nə də təkzib edir.
Donetskdəki mənbə isə bildirir ki, Slavyansk ilə əlaqə çox pisdir və Ponomaryovun tutulması xəbəri provokasiya da ola bilər.
Qeyd edək ki, Ponomaryov aprelin əvvəllərində özünü "xalq meri" elan etmişdi. Həmin vaxt separatçılar Slavyanskda bir neçə inzibati binanı tutmuşdu.
AzNews.az