- Köhnə - Region
- 12 İyun 2014 12:16
- 5 261
Ukraynadan daha bir pis xəbər: kömür mədəni partladı
AzNews.az-ın məlumatına görə, partlayış "Qrand-İnvest-Plyus" şirkətinə məxsus mədənin 300 metr dərinlikdəki bölməsində baş verib.
Xilasedicilər xəbər verir ki, partlayış yerli vaxtla 03:39 radələrində qeydə alınıb. Lakin yanğın hadisəsi baş verməyib. Partlayış zamanı mədəndə 9 nəfər işçisi olub. Onlardan hələ də heç bir xəbər alınmayıb. Mədəndə işlər müvəqqəti olaraq dayandırılıb.
Artıq axtarış-xilasetmə əməliyyatlarına Enerji və Mədən Nazirliyinin 4 hərbiləşdirilmiş qüvvələri cəlb edilib.
Xatırladaq ki, daha əvvəl Makeevka mədənində baş verən partlayışda yeddi nəfər vəfat edib, doqquz nəfər xəsarət alıb.
Aydan Axundova
AzNews.az