Ermənistan məhkəməsində qanlı olay - VİDEO

Ermənistanın həbsdə olan "Çexarkon" partiyasının rəhbəri Şanta Arutunyanın məhkəməsi başlayan ərəfədə məhkəmə binası önündə insident yaşanıb.

Avropa.info erməni mətbuatına istinadən xəbər verir ki, binanın qarşısında olan gənc oğlan qəflətən yoldan keçən avtomabilin üzərinə çıxaraq ətrafdakı insanlara "bu maşının içində bomba var" deyə qışqırıb.

Polislər gənc oğlana yaxınlaşaraq onu maşının üzərindən aşağı endirmək istəyəndə o, üzərində olan tapança ilə onlara atəş açıb. Nəticədə bir neçə polis yaralanaraq, xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs Ermənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


AzNews.az