İran İraqa xüsusi təyinatlılarını yeritdi

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) vəhabi təriqətli "İraq Şam İslam Dövləti" təşkilatı ilə döyüşmək üçün Bağdada daha 500 nəfərlik xüsusi təyinatlı göndərib.

AzNews.az-ın məlumatına görə, Türkiyə mediası yazır ki, artıq İran rəsmiləri İraqa xüsusi təyinatlıların göndərilməsi ilə bağlı xəbərləri təsdiq edib.

İran hərbi komandanlığının adı çəkilməyən yüksək rütbəli zabiti CNN-nə açıqlamasında bildirib ki, ölkəsi İraqdakı şiə-müsəlman əhalinin radikal-silahlı vəhabi qoşunundan qorumaq, müqəddəs ziyarətgahların mühafizəsinin təşkil olunması, o cümlədən Bağdadın müdafiəsində iştirak etmək məqsədilə əsgərlərinin sayı artırılacaq.

Məlumatlarda o da deyilir ki, artıq iranlı hərbçilər Bağdadın 38 km-də olan Diyala şəhəri uğrunda gedən döyüşlərə qatılıb.
Bundan başqa İran İraq sərhəddindəki hərbi birləşmələrini döyüş hazırlığına gətirib.

Məhəmməd
AzNews.az