- Köhnə - Region
- 15 İyun 2014 06:51
- 4 589
Kiyevdə Rusiya səfirliyinə hücum oldu
Etirazçılar səfirliyin girişinə avtomobil şinləri toplayıblar, "Faşistlər", "Putinlə danışıqlara yox!", "Kreml Ukraynadan əlini çək!" şüarları səsləndiriblər.
Piket iştirakçıları binaya daş və yumurta atıblar.
Rusiyanın Xarici İşlər Nazirliyi Kiyevdə baş verənlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Moskva səfirlik binasına hücumla bağlı ATƏT-ə müraciət edib. Bundan başqa, Rusiya BMT Təhlükəsizlik Şurasını diplomatik nümayəndəliyə hücumu pisləməyə çağırıb.