Ukrayna ordusunda itkilərin sayı artır - Statistika

Ukrayna ölkənin cənubunda rusiyameyilli separatçılara qarşı aparılan antiterror əməliyyatı zamanı həlak olan hərbçilərlə bağlı son məlumatları açıqlayıb.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Ukrayna baş nazirinin müavini Vitaliy Yarema bildirib ki, əməliyyatlarda 125 ukraynalı hərbçi həlak olub. Bunlardan 96-sı Ukrayna Ordusunun, 22-si isə daxili işlər, sərhəd və xüsusi xidmət orqanlarının əməkdaşlarıdır.

Onun sözlərinə görə, həlak olan ukraynalı hərbçilərin çox az hissəsi döyüşdə ölüb: "Həlak olanların böyük hissəsi pusquya salınaraq öldürülüb. Döyüşdə bizim hərbçilər çox peşəkarlıq nümayiş etdirirlər".

O əlavə edib ki, təkcə ötən gün keçirilən əməliyyatda 50 separatçı öldürülüb.

Əhməd
AzNews.az