İranda İŞİD-ə qarşı qeyri-rəsmi səfərbərlik başlandı – Açıqlama

İran prezidenti Həsən Ruhani "İraq Şam İslam Dövləti" (İŞİD) təşkilatına qarşı İranda qeyri-rəsmi səfərbərliyin olduğunu etiraf edib.

AzNews.az-ın məlumatına görə, İran prezidenti İŞİD-in İraqda terror əməliyyatları ilə bağlı mövqeyini açıqlayıb.

H. Ruhani bildirib ki, İran İraqdakı müqəddəs yerlərin müdafiəsi məsələsində tərəddüd etməyəcək: "Müqəddəs yerləri terrorçulardan qoruyacağıq".

H. Ruhani deyib ki, artıq çoxlu sayda iranlı İraqdakı müqəddəs ziyarətgahları qorumaq üçün mübarizəyə hazır olduqlarını bəyan ediblər.

Əhməd
AzNews.az