Sərxoş polislər belə əlbəyaxa oldular – VİDEO

Gürcu sosial şəbkə istifadəçiləri bir neçə sərxoş polisin bir-biri ilə əlbəyaxa olduğu anın görüntülərini paylaşıblar.

Aktual.az-ın Gürcüstan mətbuatına istinadən xəbərinə görə, gündüz saatlarında "Mercedes" markalı avtomobilən düşən 4 nəfər sərxoş şəxs əməllicə davaya girişiblər. Müəyyən araşdırmalardan sonra bəlli olub ki, həmin şəxslər Gürcüstan Daxili İşlər Nazirliyinin zabitləridi. Olay vətəndaşlar tərəfindən ciddi şəkildə qınanıb.

Tiflis sakinlərinin qənaətinə görə, belə hərəkət edən hüquq-mühafizə orqanı əməkdaşları asayişin qorunması, nizam-intizamın yaradılmasında yararsız insanlardı.

Xatırladaq ki, sözgedən şəxslər barəsində araşdırma ilşərinə başlanıb.


AzNews.az