Ukrayna prezidenti Baş prokuroru işdən çıxartdı - FOTO

Ukrayna prezidenti Petro Poroşenko Baş prokurorun vəzifəsini icra edən Oleq Maxnitskini işdən çıxarıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna prezidentinin rəsmi saytında yazılıb.

"Maxnitski Oleq İqoreviç Ukraynanın baş prokurorunun vəzifələrini icra etməkdən azad edilsin", - prezidentin saytında elan edilmiş fərmanın mətnində deyilir.
Poroşenko başqa fərmanla Maxnitskini öz məsləhətçisi təyin edib.



Daha əvvəl prezident Ali Radaya baş nazirin birinci müavini Vitali Yaremanın baş prokuror, Almaniyada Ukraynanın səfiri Pavel Klimkinin isə Xarici işlər naziri vəzifəsinə təyinatı haqqında qətnamə layihələri göndərib.

AzNews.az

Copyright © 2026