Ukraynada ölən jurnalistlərin adları - Açıqlandı

Beynəlxalq Sərhədsiz Reportyorlar Birliyi Ukraynada silahlı qarşıdurmaların baş verdiyi bölgədə reportaj hazırlayarkən həlak olan jurnalistlərlə bağlı açıqlama yayıb.

AzNews.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə açıqlamasında Sərhədsiz Reportyorlar Birliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə bürosunun rəhbəri Yoxann Bir deyib.

O bildirib ki, birlik hadisələr başlayandan qarşıdurmalarda 5 jurnalistin öldüyünü qeydə alıb: "Ukraynanın şərqində cərəyan edən silahlı toqquşmalar zamanı italiyalı fotorepartyor Andrea Rokkelli, onun köməkçisi Andrey Mironov, Ukraynanın "Vesti" qəzetinin müxbiri Vyaçeslav Veremiy, "Vestey"in rusiyalı müxbiri İqor Kornelyuk və video mühəndis Anton Voloşin həlak olub".

Büro başçısı Ukrayna hakimiyyətini jurnalistlərin fəaliyyətinə şərait yaratmağa da çağırıb. Onun sözlərinə görə, toqquşmaların baş verdiyi bölgədə qeydiyyat məsələsində məhdudiyyətlərin yaradılması yolverilməzdir.

Aydan Axundova
AzNews.az